Ağcabədi sakini sevgilisini bıçaqlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonda "Bakı" çay evinin qarşısında qeydə alınıb.
Rayon sakini Şükür Qəmbərov qısqanclıq zəminində qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1997-ci il təvəllüdlü Sücayət İbrahimovanı bıçaqlayıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanılıb.
Milli.Az