Keçmiş Milli Qəhrəmanı öldürməyə cəhddə təqsirləndirilən şəxsdən xəbər var
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağır Cinayətlər Məhkəməsində keçmiş Milli Qəhrəman Rasim Əkbərovu qətlə yetirməyə cəhddə təqsirləndirilən Xaliq Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə müdafiə tərəfinin vəsatəti dinlənilib.
Müdafiə tərəfi hesab edib ki, Xaliq Məmmədov cinayəti anlaqsız vəziyyətdə törədib.
Müdafiəçi onun barəsində məhkəmə tibbi ekspertizasının keçirilməsini istəyib.
Hakim vəsatəti təmin edib və təqsirləndirilən şəxsin anlaqsız olub-olmamasının yoxlanılması ilə bağlı ekspertiza keçirilməsi barədə qərar verilib.
Bu səbəbdən məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb.
İttihama görə, hadisə 2021-ci ilin sentyabrında Goranboy şəhərində baş verib. Xaliq Məmmədov Rasim Əkbərova bıçaqla bir neçə zərbə endirib.
Gəncədəki xəstəxanalardan birinə yerləşdirilən Rasim Əkbərovun həyatını xilas etmək mümkün olub.
Təqsirləndirilən Xaliq Məmmədov hadisəni yaxını olan bir qadına görə törətdiyini deyib. İstintaq orqanı tərəfindən Xaliq Məmmədovun barəsində Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
1957-ci ildə Goranboyda anadan olmuş Rasim Əkbərov 90-cı illərin əvvəlində elə bu rayondakı N saylı hərbi hissənin komandiri olub. O dövrdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi xidmətlərə görə 23 iyun 1992-ci ildə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülüb. 1 yanvar 1994-cü ildə isə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
O, 90-cı illərin sonunda dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən Rasim Əkbərovdan eyni zamanda, fəxri ad və ordeni də alınıb.
2001-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə R.Əkbərov "Azərbaycanın Milli Qəhrəmanı" adı və "Azərbaycan Bayrağı" ordenindən məhrum edilib, 2008-ci ildə Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Bu ilin 9 ayı ərzində Səfərbərlik Xidmətində 144 nəfərlə bağlı materiallar prokurorluğa göndərilib
-
Prezidentin təltif etdiyi Jalə Əliyeva kimdir? - Dosye
-
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - (Video)
-
Ofelya ərinin adını mikrofonuna yazdırdı - (Foto)
-
2027-ci ildə pensiyalar nə qədər arta bilər?
-
Tierri Anri: “Demək olar ki, Arda tək oynayır, yetərli dəstəyin olmaması üzücüdür”
-
Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib - (Foto)
-
ABŞ ordusu katerə zərbələr endirdi: Ölənlər var
-
Tramp süni intellektin adını dəyişdi
-
Jalə Əliyeva "Şöhrət" ordeni ilə təltif edildi
-
Pünhan Piriyevin xanımı ilə diqqət çəkən rəqsi - (Video)
-
Millətlər Liqasında günün oyunları başa çatdı
-
Mingəçevirdə qadın bıçaqlandı - Əri polisə təslim oldu
-
ANS-in keçmiş əməkdaşı bu televiziyaya rəhbər vəzifəyə gətirildi
-
Rusiyada zəlzələ oldu
-
84 yaşlı məşhur hind aktyor yıxıldı - (Video)
-
Bu yollarda sürət həddi artırıldı
-
Nazir müəllimləri təbrik etdi
-
Jorje Jezuş Ronaldu barədə: "Bunu asanlıqla həll etmək olar"
-
Pünhan Piriyev: "Alim Qasımov toyumda oxumaq üçün 15 min manat istədi" - (Video)
-
Gürcüstanda 35 yaşlı azərbaycanlı qətlə yetirildi
-
Dünya bazarında neft ucuzlaşdı
-
İlk insanlar belə olub - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)





