Kriminal

Bakıda 16 yaşlı gənc bıçaqlanıb

21 Sentyabr 2022 08:11
Baxış: 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, mübahisə zəminində bıçaqlanan 2006-cı il təvəllüdlü Məmmədov Rəsul Rauf oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.