Kriminal

Sumqayıtda 36 yaşlı kişi bıçaqlanaraq öldürülüb

18 Avqust 2022 09:30
0 Şərh     Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avqustun 17-i saat 22 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində 1986-cı il təvəllüdlü Fariz Şəbiyevin almış olduğu xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Sumqayıt şəhər prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla, zərərçəkmişin qohumu 1978-ci il təvəllüdlü Rəşad Şəbiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Fariz Şəbiyevin sol kürək nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Şəbiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory