Kriminal

Abid Qafarov həbs olunub

13 İyul 2022 20:10
Baxış: 1 809
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Bakı Birlik Təşkilatı" İctimai Birliyinin sədri, KİM.TV Youtube kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittihamı qaydasında şikayətə baxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, Yasamal rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Abid Qafarov 1 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Abid Qafarova qarşı Vətən müharibəsi veteranları Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə xüsusi ittiham qaydasında iddia qaldırıb.

A.Qafarov "Tərtər işi" ilə bağlı çıxışları ilə tanınır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.