Kriminal

Maqnitafon oğruları saxlanıldı - VİDEO - FOTO

12 Yanvar 2022 16:48
0 Şərh     Baxış: 427

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində avtomobillərdən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əməliyyat zamanı paytaxt sakinləri əvvəllər məhkum olunmuş Əli Səfərov və Əli Nəbiyev tutularaq istintaqa cəlb ediliblər.

Araşdırma zamanı onların ümumilikdə 7 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrinin salonundan maqnitafon və digər qiymətli əşyalar oğurladıqları məlum olub. Həmçinin bu şəxslərin Suraxanı rayonunda yerləşən orta məktəblərdən birinə oğurluq məqsədi ilə daxil olaraq oradan kompüter avadanlıqları və 1 ədəd velosiped oğurladıqları sübuta yetirilib.

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Əmircan qəsəbəsində evlərdən oğurluq edən paytaxt sakini Ramin Qocayev saxlanılıb. Onun ümumilikdə 4 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı müəyyən edilib.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Saxlanılan şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Suraxanı Rayon Polis İdarəsinə, ərazi polis orqanlarına, həmçinin "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi hesablarına məlumat verə bilərlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.