Ölkə

DİN: Uşaqlar zorakılığı daha çox ailədə görür

25 Noyabr 2021 19:12
0 Şərh     Baxış: 318

"Azərbaycanda uşaqların zorakılığa məruz qalması ilə bağlı faktlar var. Uşaqlar zorakılığı daha çox ailədə görür".

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova bildirib.

Onun sözlərinə görə, bu gün psixoloqların yardımına ehtiyac var: "Bəzən hətta 30 yaşında evlənənlər var ki, ailənin nə olduğunu dərk etmir, bilmir ki, ailəni saxlaya biləcək, ya yox. Bütün problemlər də buradan yaranır".

K. Ələkbərova məktəblilərin qaçırılması ilə bağlı məsələyə də münasibət bildirib. O deyib ki, çox vaxt belə hadisələr boşanan valideynlərlə olur: "Bəzən valideynlər düşmən kimi boşanırlar. Ata övladını anasına göstərmək istəmir, ana uşağı evdən aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib başqa cür də verə bilərlər. Məktəblilərin təhlükəsizliyi ilə bağlı resurslara - kameralara harada ehtiyac olursa, təmin edilir, harada yoxdursa bununla bağlı məktəb rəhbərliyi müraciət edə bilər. Bütün məktəblərin həyətinə polis gəlib daya bilməz. Bunun üçün heyətimiz də yoxdur".

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.