Ölkə

Tanınmış reperin anasının üstünə ağac düşməsi faktı prokurorluqda araşdırılır

23 Noyabr 2021 12:28
0 Şərh     Baxış: 628
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış reper Pərviz İsaqovun (Promete) küləyin təsirindən anasının üzərinə ağac düşməsi və ayağının amputasiya edilməsi faktı araşdırılır.

Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, vətəndaş Pərviz İsaqovun anası Pərvanə İsaqovanın 10.11.2021-ci il tarixdə Yasamal rayonu, Mirəli Seyidov küçəsi 60 ünvanın yaxınlığında olarkən ağacın küləkliyin təsirindən qırılaraq üzərinə düşməsi və sonuncunun aldığı xəsarətlər nəticəsində sol ayağının amputasiya edilməsi barədə müraciət əsasında Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.