Ölkə

Bu gün yağış, qar yağacaq, güclü külək davam edəcək

16 Noyabr 2021 10:08
12 Şərh     Baxış: 2 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Noyabrın 16-sı gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağıb".

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qar örtüyünün hündürlüyü dağlıq ərazilərdə 8 sm-ə çatıb: "Güclü şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti bəzi rayonlarda 24-28, Bakıda və Abşeron yarımadasında isə arabir 30-35 m/s-dək güclənib. Güclü külək nəticəsində Neft Daşlarında dalğanın hündürlüyü 4,5 metrə çatıb.

Bakıda güclü küləkli hava şəraiti bu gün də davam edəcək, arabir yağıntılı olacaq. Havanın temperaturu günorta saatlarında 7 dərəcəyədək isti olacaq.

Bölgələrdə də küləkli, yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var".

G.Məmmədova bildirib ki, noyabrın 17-si səhər saatlarından bölgələrdə, eləcə də Bakıda hava şəraitinin sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir: "Mülayim cənub-şərq küləyi əsəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.