Ölkə

Sürücülərin diqqətinə - Dəyən ziyanı kim ödəməlidir? - VİDEO

12 Noyabr 2021 13:46
0 Şərh     Baxış: 1 175
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki gündür ölkə ərazisində davam edən güclü külək özüylə birlikdə fəsadlar da gətirib. Ağaclar aşıb, avtomobillər zərər görüb. Belə görüntülərdən biri də sosial şəbəkələrdə yayılıb. Güclü külək yük avtomobilini minik avtomobilinin üzərinə aşırıb. Bəs bu cür təbiət hadisələri zamanı dəymiş ziyan necə qarşılanır?

Ötən gün sosial şəbəkələrdə yayılan bu görüntülər Bakının Səbail rayonu ərazisində qeydə alınıb. Paytaxtda baş verən güclü külək nəticəsində yük avtomobili minik maşınının üzərinə aşıb. Ölən və yaralanan olmasa da, minik avtomobilinə ciddi ziyan dəyib. 

Bəs belə olan halda sürücülər nə etməlidir? Ölkəmizdə nəqliyyat vasitələri həm icbari, həm də kasko siğorta növü üzrə siğortalanır. Ekspertlərin fikrincə, təbii fəlakət baş verən zaman dəymiş ziyanın ödənməsi hər iki siğortaya görə dəyişir. 

Sığorta eksperti Tural Şükürov deyir ki, bu cür hallar baş verdikdə avtomobillərini icbari sığorta elətdirən sürücülər üçün vəziyyət tam başqa olur.

Ekspertin sözlərinə görə, bu cür təbiət hadisələri zamanı sığorta şirkətləri tərəfindən kompensasiyanın tam ödənməsi üçün sürücülər yaxşı olardı ki, avtomobillərini kasko sığorta elətdirsinlər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.