Ölkə

Bakıda küləyin fəsadlarından 11 nəfər xəsarət alıb, 70 ağac aşıb

11 Noyabr 2021 09:06
0 Şərh     Baxış: 1 586
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər (5 kişi, 6 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.

Paytaxt ərazisində güclü külək səbəbindən aşan ağacların sayı 70-i keçib.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Milli.Az-a verilən məlumata görə, küləyin paytaxt ərazisində yaratdığı fəsadların aradan qaldırılması istiqamətində gecə və gündüz saatlarında təxirəsalınmaz tədbirlər davam etdirilir.

Külək nəticəsində bu saata qədər 93 iri budaq və ağac aşıb. Aşan ağaclar 10 avtomobilə müxtəlif dərəcəli ziyan vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.