Ölkə

"Zəfər" zirvəsinə "Dəmir yumruq" ekspedisiyası təşkil olunub - VİDEO - FOTO

8 Noyabr 2021 11:53
0 Şərh     Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hərbi Hava Qüvvələrinin (HHQ) bir qrup hərbi qulluqçusunun, "Qartal" Dağçılıq İdman Klubunun alpinistlərinin və "Baku.TV"nin əməkdaşlarının iştirakı ilə Vətən müharibəsinin ildönümünə həsr olunmuş "Dəmir yumruq" ekspedisiyası keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, əvvəlcə Şəhidlər xiyabanları ziyarət olunaraq şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyulub və xatirələri ehtiramla yad edilib.

Polkovnik-leytenant Zal Nəbiyevin və klubun rəhbəri Rüfət Qocayevin başçılıq etdiyi bir qrup alpinistlər Quba rayonu ərazisindəki "Zəfər" zirvəsinə yürüş edib.

Dəniz səviyyəsindən 4301 metr yüksəklikdə Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində yerləşən "Zəfər" zirvəsinə qalxan alpinistlər, burada Azərbaycan Respublikasının Dövlət himnini ifa edib və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.