Ölkə

Vasif Talıbov kənddə müəllim işləyən şəxsi yüksək vəzifəyə TƏYİN ETDİ - FOTO

5 Noyabr 2021 13:52
0 Şərh     Baxış: 9 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətində kadr təyinatı baş tutub.

Milli.Az Manset.az-a istinadən bildirir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun müvafiq əmri ilə Əli Zeynalzadə və Pərviz Ağayev Sədərək Rayon İcra Hakimiyyəti başçısına müavin təyin edilib. 

Müavin vəzifəsinə təyin edilən Əli Zeynalzadə bundan əvvəl Sədərək Rayon İcra Hakimiyyətində şöbə müdiri, Pərviz Ağayev isə rayonun "Dəmirçi" kəndində müəllim vəzifəsində çalışıb.

Qeyd edək ki, Sədərək Rayon İcra Hakimiyyətinə bir neçə həftə bundan əvvəl təyin edilən qadın icra başçısı Mahirə Adnayevə Muxtar Respublika tarixində ilk qadın icra başçısıdır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.