Ölkə

Cavid deyib ölmək yaşamaqdır - VİDEO

3 Noyabr 2021 19:36
1 Şərh     Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsinin daha bir qəhrəmanı şəhid Cavid Natiq oğlu Hüseynov 2001-ci ilin aprelin 3-də Tovuz şəhərində anadan olub. 2007-2016-cı illərdə N.Tusi adına Təbiət və Texniki təmayüllü məktəm-liseydə , 2016-2018-ci illərdə Tovuz şəhər tam orta məktəbində təhsil alıb. İdmanla məşğul olan Cavid, 2018-ci ildə Taekvando üzrə gənclər arasında Respublika çempionu olub.O, 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 31-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, Cavid Natiq oğlu Hüseynov Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" Füzulinin azad olunmasına görə,Qubadlının azad olunmasına görə, Xocavəndin azad olunmasına görə medalı ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.