Ölkə

Qəbristanlıqdan oğurluq edən şəxs saxlanıldı - FOTO

2 Noyabr 2021 19:12
0 Şərh     Baxış: 748
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində ötən gün qəbristanlıqdan oğurluq edən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaradəmirçi kəndində yerləşən qəbristanlıqdan oğurluq edən, əvvəllər məhkum olunmuş rayon sakini Elnur Mikayılov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış keçirilən zaman oradan oğurladığı dəmir barmaqlıqlar maddi sübut kimi aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.