Düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv edən igid döyüşçü Əlibəy Feyruzlunun xatirəsi anılıb - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müxtəlif hərbi hissələrin tərkibində nizam-intizamlı, peşəkar hərbçi kimi xidmət edən Əlibəy Feyruzlu 44 günlük Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Murovdağ, Tərtər, Suqovuşan istiqamətlərində gedən döyüşlərdə fəal iştirak edən igid döyüşçü düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. Əlibəy Feyruzlu oktyabrın 25-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, şəhid anası Zənifə Mustafayevanın hər iki oğlu müharibədə iştirak edib. Onlardan biri qazi, digəri şəhid olub.
"Oğul itkisi acı olsa da, Əlibəyin torpaqlarımız uğrunda şəhidliyə yüksəlməsi bizə təsəlli verir. Oğlumla hələ sağ ikən hərbçi kimi fəxr edirdim, indi isə onun şəhidlik zirvəsinə yüksəlməsi ilə qürur duyuram", - deyə şəhid anası bildirib.
Şəhidin nənəsi Alidə Axundovanın sözlərinə görə, nəvəsi Əlibəy hələ uşaq yaşlarından hərbiyə maraq göstərirdi: "Hələ uşaq yaşlarında hərbçi olacağını söyləyərdi. Orta məktəbdə oxuyanda sinif yoldaşlarına demişdi ki, mən qəhrəmanlıq göstərib şəhidlik zirvəsinə yüksələcəyəm. O, bu arzusuna canından da çox sevdiyi Vətəni uğrunda çatdı".
Əlibəyin atası Samir Məmmədov isə deyir ki, bir ata kimi oğlunu itirmək çətin olsa da, onunla qürur duyur. "Əlibəy bu yolu özü seçdi. Müharibədə olduğu müddətdə bir neçə dəfə telefonla danışmışdıq. Hər şeyin yaxşı olduğunu, düşmənləri necə məhv etdiklərini həvəslə danışırdı. O, kəşfiyyatçı snayperçi olub. Hər dəfə tapşırıq veriləndə düşməni məhv edərək yolu təmizləyirdi ki, döyüş yoldaşları irəliyə getsinlər. Özü də heç nədən qorxmaz, çəkinməzdi", - deyə o əlavə edib.
Oktyabrın 25-də şəhidimizin anım günü onun anadan olduğu Şəmsabad kəndində, məzarı yanında qeyd edilib.
Şəhidin ailə üzvlərinin, qazilərin, hərbçilərin, məktəblilərin də qatıldığı anım mərasimində Əlibəy Feyruzlunun məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, onun keçdiyi şərəfli döyüş yolundan danışılıb.
Bildirilib ki, Feyruzlu Əlibəy Samir oğlu 1998-ci il sentyabrın 14-də Ağdaş rayonunun Şəmsabad kəndində anadan olub. 2004-2015-ci illərdə M.İ.Əfəndizadə adına Ağdaş rayon Şəmsabad kənd tam orta məktəbində təhsil alıb. Əlibəy Feyruzlunun Vətənə, dövlətə, torpağa olan sevgisi onu hərbçi kimi yetişməsinə səbəb olub. Məhz bu səbəbdən Əlibəy həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında xidmətə başlayıb.
Anım mərasimində iştirak edən şəhid Əlibəy Feyruzlunun komandiri mayor Elsevər Hümbətov əsgərinin döyüş yolundan söhbət açaraq deyib ki, Əlibəyin igid döyüşçü olub: "Mən hər dəfə deyirdim ki, özünüzü qoruyun, diqqətli olun. Amma Əlibəy deyirdi ki, komandir, çoxdan arzuladığımız gün çatıb, icazə verin qabağa gedib düşməni məhv edək. Onun açdığı sərrast atəşlər nəticəsində qrupumuz döyüş tapşırıqlarını uğurla yerinə yetirib. Təəssüf ki, biz onu cismən itirdik, amma o, həmişə bizimlə yaşayacaq".
Çıxışlardan sonra məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Əlibəy Feyruzlu "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
Aleksandr Pleşa vəfat etdi
XƏBƏR LENTİ
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)





