Ölkə

"Kişi ev işlərinə görə qadına pul ödəsin" - Musa Quliyev

20 Oktyabr 2021 12:34
7 Şərh     Baxış: 3 159

"Həyatımızın müxtəlif sahələrində qadınlara qarşı zorakılıqlar qalmaqdadır".

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən konfransda deyilib.

Komitə sədri bildirib ki, ÜST-ün məlumatına görə, dünyada hər üç qadından 1-i ya evdə, ya işdə zorakılığa məruz qalır: "Bu gün işsiz qadınlar 57,5 % təşkil edir. Baxmayaraq ki, əmək qabiliyyətli qadınların sayı kişilərin sayından çoxdur. Əsas diskriminasiya burada qadın əməyinin kişi əməyinə nisbətən az qiymətləndirilməsidir. Bu, bütün dünyada belədir. Azərbaycanda qadınların əməyi kişi əməyindən daha az qiymətləndirilir. Bunun bünövrəsi iqtisadi azadlıqdadır. Əgər iqtisadi azadlıq olmayacaqsa, biz sosial azadlığı da təmin edə bilməyəcəyik. Ev işlərinin, ailə üzvlərinə qulluqla bağlı haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür. Bu haqqı zəhmət çəkib kişi ödəməlidir. Çünki əgər evdə qadın olmasa, kişi bu işi görmək üçün kimisə tutmalıdır. Elmi-texniki fəaliyyət sahəsində qadınların əməkhaqqısı kişilərin əməkhaqqısının yalnız 47%-ni təşkil edir. Səhiyyə və sosial xidmətlər sahəsində bu rəqəm 63%-dir. Baxmayaraq ki, bu sahədə qadınlar kişilərdən daha çoxdur. Qadın sahibkarlar sayında da rəqəm aşağıdır. Sahibkar qadınların sayı sahibkar kişilərin sayından 3,7 dəfə azdır".

YAP sədrinin müavini- Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov isə Musa Quliyevin ev işi görən qadınlara pul ödənməsi fikri ilə razılaşmayıb. T. Budaqov bildirib ki, Azərbaycan qadınlara ailəyə bağlıdır: "Burada beynəlxalq təcrübə ilə yanaşı, cəmiyyətin fikri də nəzərə alınmalıdır".

Musa Quliyev isə bir daha təkrar edib ki, qadının evdəki zəhməti kişilər tərəfindən qiymətləndirilməlidir: "Bu təklifi qadının evdə gördüyü işin qiymətləndirilməsi üçün verdim".

Milli.Az

35 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

7 Şərh:

  • Anonim
    .. · 20 Oktyabr 2021 12:3811

    Bele "deputat"-lara gore insan xecalet cekir

    Cavab yaz
  • Anonim
    .. · 20 Oktyabr 2021 13:1912

    Baslari deyesen tam qacib bunlarin

    Cavab yaz
  • Anonim
    Vüqar · 20 Oktyabr 2021 13:4811

    Deputat Musa Quliyev oturub Milli Məclisdə gününü keçirdir,onun bunun xahişini etməklə maklerlik etməklə məşğul olur.Ona görədə onun çox çətin deyil evində xanımına pul və digər bahalı hədiyyələr vermək.Kasıb fəhlə isə günü 15-20 manata işləyir,əgər iş olarsa.Onada gündəlik ərzaq,digər tələb olunan nəyisə alıb evinə,ailəsinə gedir.Bu yaşayışlada kişi evdə ailəsində qadınına pul vermək imkanına malik olmur.Aydın olan odur ki, deputat Musa Quliyevə belə sözləri işlətmək çətin deyil,ona görə ki, o maddi cəhətdən tam təmin olunmuş adamdır və digər insanların yaşayış səviyyəsi onun üçün əsla maraqlı deyil.

    Cavab yaz
  • Anonim
    arzu · 20 Oktyabr 2021 14:1141

    Belede olmalidir. Niyede odenilmesin? Men hemiwe drmiwemki qadinin zehmetini qiymetlendirmek lazimdir. Ozunden razi kiwiler ele bilirlerki asandi ev iwlerini gormek.

    Cavab yaz
  • Anonim
    . · 20 Oktyabr 2021 17:1912

    Məncə parlamenti ləğv edib yerini icarəyə vermək lazımdır. Ən azı büdcədən pul çıxmaz tam tərsinə büdcəyə pul girər.

    Cavab yaz
  • Anonim
    turkan · 20 Oktyabr 2021 19:2610

    duzdu.kisilere borcumuz yoxdu)

    Cavab yaz
  • Anonim
    MM · 20 Oktyabr 2021 20:4111

    Deyəsən bu yaxınlarda bunuda covid-19 dan itirəcəyik))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.