Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda küçədə partlayan kanalizasiya borusunun tullantıları yaxınlıqda yerləşən Dövlət Yol Polisi Şöbəsinin inzibati binasına da daxil olub.
Binəqədi şossesində, Binəqədi rayon DYPŞ-nın inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib.
Problemin artıq aradan qaldırıldığı bildirilir.
Milli.Az