Bakıda Polis Şöbəsinə kanalizasiya suyu dolub

14 Oktyabr 2021 12:03

Dünən axşam saatlarında Bakının Binəqədi rayonunda küçədə partlayan kanalizasiya borusunun tullantıları yaxınlıqda yerləşən Dövlət Yol Polisi Şöbəsinin inzibati binasına da daxil olub.

Binəqədi şossesində, Binəqədi rayon DYPŞ-nın inzibati binası, otaqları da kanalizasiya suyu ilə dolub. Kanalizasiya suyu daşıb və ətraf əraziləri, insanların həyətini və evini əhatə edib.

Problemin artıq aradan qaldırıldığı bildirilir.

Milli.Az