Ölkə

Ermənistan üzərindən ilk aviauçuş həyata keçirən pilot və bələdçinin təəssüratları - VİDEO

8 Oktyabr 2021 13:24
0 Şərh     Baxış: 1 434
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məlumat verdiyimiz kimi ötən gün AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə daxili reysi yerinə yetirərkən Ermənistan ərazisi üzərində hava məkanından istifadə edib. 
 
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Ermənistan üzərindən ilk aviauçuş həyata keçirən pilot və bələdçi təəssüratlarını bölüşüblər. 

Pilot Ramil Yusifov deyir ki, uçuş səhər saat 8-də reallaşdırılıb. Sərnişinlər mənzil başına saat 9-da, yəni 10 dəqiqə daha tez çatıblar.

Ramil Yusifov təyyarəni idarə edə-edə ətrafa çox diqqətlə nəzər yetirdiyini bildirir. Onun dəqiq gördüyü və ağlında qalan yeganə ünvan isə Göyçə gölü olub.

Həmin gün təyyarədə olan 5 bələdçidən biri də Leyla Rzayeva idi. Leyla Rzayeva deyir ki, həmin gün işə gələn zaman məsələdən xəbərsiz olub.

Təkcə bələdçilər yox, təyyarədə olan sərnişinlərin də Ermənistan üzərindən uçuş edəcəkləri barədə məlumatları olmayıb. Onlar yalnız monitorlarda xəritəni görəndə Ermənistan səmasından keçdiklərini biliblər.

Qeyd edək ki, heyət dünən eyni istiqamət üzrə 2 uğurlu  reys reallaşdırıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.