Ölkə

Övladlarımızla fəxr edir, Zəfərimizlə qürur duyuruq - Şəhid valideynləri - VİDEO - FOTO

27 Sentyabr 2021 14:34
0 Şərh     Baxış: 656
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

44 günlük müharibədə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Azərbaycan dövləti hər zaman şəhidlərə, şəhid ailələrinə, qazilərə, qazi ailələrinə, bütövlükdə Vətən Müharibəsi iştirakçılarına diqqət, qayğı, ehtiram, həssas münasibət göstərib, bu gün də göstərməkdədir.

Düşüncələrini Trend-lə bölüşən şəhid valideynləri övladları ilə qürur duyduqlarını bildirib:

"Hərbçilərimiz, həkimlərimiz, xalqımızın hər bir nümayəndəsi müharibədə bir yumruq olub, düşmənə ağır zərbə endirdilər. Fəxr edirik ki, Vətən torpağı uğrunda qəhrəmancasına şəhid olan övladlar yetişdirmişik. Onların qəhrəmanlığı sayəsində başımız dik, alnımız açıqdır"

Qeyd edək ki, Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən Müharibəsində qəhrəmancasına döyüşən Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq 27 sentyabr Respublikamızda Anım Günü kimi qeyd olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.