Daxili Qoşunların xüsusi təyinatlı döyüşçüsü Şuşa döyüşlərindən danışır - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vətən müharibəsinin son günlərində, Şuşa uğrunda gedən döyüşlərdə erməni tankı döyüçümüz tərəfindən vurularaq, içərisindəki şəxsi heyətlə birlikdə məhv edilib. Bütün olanları isə elə erməni hərbçiləri qeydə alırlar. Əməkdaşımız Ömər Xıdırov həmin tankı məhv edərək, düşməni qaçmağa vadar edən, daxili qoşunlarının xüsusi təyinatlı döyüşçüsü ,39 yaşlı Nurlan Məmmədovla həmsöhbət olub. Onu siz də tanıyın.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, döyüşün qızğın vaxtında,erməni hərbiçilərinin gözləmədiyi bir vaxtda qəfil düşmən tankı vurularaq sıradan çıxarılır.İçərisində olan şəxsi heyət isə dərhal zərərsizləşdirilir.
Aralarında erməni xüsusi təyinatlıları da olan hərbçilər bundan sonra qorxub qaçamağa başlayırlar.
Döyüşdə gözlənilməyən andaca ermənilərə dəhşət yaradan,erməni tankını vuran isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçüsü , 39 yaşlı Nurlan Məmmədov olub. Nurlan Məmmədov deyir ki, Şuşanı azad etmək üçün Şuşa-Xankəndi yolunda şiddətli döyüşlər gedirdi. Bu zaman, erməni tankı Azərbaycan hərbçilərinin olduğu istiqamətə davamlı olaraq atəş açırdı.Ancaq bir çıxış yolu var idi, o da həmin tankı zərərsizləşdirmək. Cəsur döyüşçü Nurlan Məmmədov dərhal əlindəki qumbaratanla tanka atəş açır. Nəticəsi isə elə ermənilərin özlərinin çəkdiyi kadrlardan aydın görünür.
Zirehli texnika vurulandan sonra içərisində olan tankçılar qaçmaq istəsələr də,Nurlan Məmmədovun şəxsi heyəti tərəfindən onlar məhv edilib.Bununla yanaşı,digər erməni hərbçilərin bir hissəsi qaçmağa müvvəfəq olsalar da,onların əksəriyyəti yerindəcə zərərsizləşdirilib.Bundan sonra Şuşa-Xankəndi yolu xüsusi təyinatlı döyüşçülərin tam nəzarətinə keçib.
Nurlan Məmmədov və digər yoldaşları təkcə Şuşa deyil, Füzuli, Cəbrayıl, Xocəvəndin azad edilməsi uğrunda gedən döyüşlərdə də fəal iştirak ediblər.
Nurlan Məmmədov Kəlbəcər, Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə və ''Qarabağ'' ordeni ilə təltif edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
XƏBƏR LENTİ
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi
-
“Yaprak Dökümü”nün “Cem”inin son halı - (Foto)
-
Tovuzda ata oğlunu bıçaqlamaqda şübhəli bilinir





