Ölkə

Qəhrəman şəhidimiz Məhəmməd Yusifli - VİDEO

25 Sentyabr 2021 12:18
0 Şərh     Baxış: 512
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vətən torpağının azad edilməsini məhz onlara borcluyuq. Qanı ilə tarixə silinməz izlər qoyan şəhid qəhrəmanlarımıza. Bu yurdun yetişdirdiyi qəhrəman oğullar cismən aramızda olmasa da, onlar hər daim millətimizin qəlbində yaşayır. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır.  Belə şəhidlərdən biri də Məhəmməd Yusiflidir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Məhəmməd  Yusifli 2001 ci ildə Qax rayon Almalı kəndində doğulub və elə həmin kəntdə orta təhsilini başa vurub. 2019-cu ildə Həqiqi hərbi xidmətə yollanır..Bir il xidmət etdikdən sonra Məhəmməd Yusiflidə 2-ci qarabağ müharibəsində iştirak edir.

Müharibənin ilk günlərindən döyüş meydanında olub. Ağdam, Ağdərə, Fizuli istiqamətlərində qəhrəmancasına vuruşub. Məhəmməd Oktyabırın 2 si Suqovuşanını azad edilməsi əməliyyatı zamanı şəhid olub.

Məhəmmədin atası da 1-ci Qarabağ müharibəsi iştirakçısı olub...

Vətən xidmətini, eyni zamanda döyüş əmrlərini layiqincə yerinə yetirən, Almalı kəndinin şəhidi ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.