Ölkə

Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Zalov - VİDEO

24 Sentyabr 2021 12:38
0 Şərh     Baxış: 1 900
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsində canı və qanı ilə tarix yazmış qəhrəmanlarımızı tanıtdırmağa davam edirik. Sıradakı qəhrəmanımız kəşfiyyatçı kimi döyüşlərə qatılan, müharibənin son gününə qədər döyüşən Fəqan Zalovdur. O, ötən il noyabrın 9-da Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra 6 medalla təltif edilib. 

44 günlük vətən müharibəsində parlaq qələbənin əldə edilməsində onun da payı var. İşğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda canını fəda edərək şəhadətə ucaldı. Söhbət əslən Füzuli rayonundan olan, 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın çadır şəhərciyində anadan olmuş Fəqan Zalovdan gedir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Fəqan orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə çağırılıb. Qəhrəmanımız 2016-ci ilin aprel döyüşlərində artileriya qoşunlarının tərkibində müharibədə iştirak edib. 2017-ci ildə xidmətini başa vuran Fəqanın vətənə olan sevgisi onu yenidən bu sahəyə qayıtmağa sövq edib. Həmin ildən Hərbi Dəniz Qüvvələrində  xidmətə başlayan qəhrəmanımız Vətən müharibəsi başlayanda hərbi hissənin tərkibində kəşfiyyatçı kimi döyüşlərə qatılıb. 

Şəhid kəşfiyyatçımız Cəbrayıl rayonunun Soltanlı, Maralyan, Əmirvarlı, Şükürbəyli kəndlərinin və bir çox yüksəkliklərin düşməndən azad olunmasında böyük şücaət gösdərib. 

Qəhraman şəhidimiz ölümdən sonra  "Vətən Müharibəsi Qəhrəmanı", ''Vətən Uğrunda", Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", ''Xocəvəndin azad olunmasına görə" , və ''Qubadlının  azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.