Ölkə

Zərdabda su və yol problemi yaşanır - VİDEO

23 Sentyabr 2021 13:30
0 Şərh     Baxış: 748
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zərdabda meyvə ağacları susuzluqdan quruyur, payızlıq əkin suya görə gecikir. 

Milli.Az Xəzər TV-ə istinadən bildirir ki, Zərdab rayonunun Məlikumudlu kəndinin problemləri bitmir.

Bir ilə yaxındır ki, kəndə təsərrüfat suyunun verilməsində müəyyən fasilələr yaranırdısa, sakinlər son bir aydır tamamilə suya həsrət qalıblar.

Sakinlərin sözlərinə görə, kənddə içməli su olmadığından təsərrüfat suyundan istifadə edirdilər. Son bir ayda isə növbəli rejimlə verilən təsərrüfat suyu da tamamilə kəsildiyindən şirin suyu maşınla almaq məcburiyyətində qalıblar.

Kəndin su problemi ilə bağlı Zərdab Suvarma Sistemləri İdarəsindən bildirilib ki, yay aylarında havaların normadan artıq isti keçməsi çay və kanallarda suyun azalmasına səbəb olub. Bununla belə, bütün kəndlərə suyun verilməsi növbəli sistemlə təmin olunub. Suyun daimi olması üçün isə layihə hazırlanır.

Məlikumudlu kəndinin yolları da bərbad vəziyyətdədir. Yollar istismar müddətini başa vurduğundan burada avtomobillərin hərəkəti çətinləşib.

Avtomobil Yolları Dövlət Agentliyinin 39 nömrəli Yol İstismarı MMC-nin sahə rəisi Fuad Əhmədov bildirib ki, hazırda rayon ərazisində 6 kəndin yolları əsaslı təmir olunur. Məlikumudlu kəndinin yolu da əsaslı təmir üçün plana salınıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.