Ölkə

Məktəblərdə ayrı-ayrı siniflərdə dərslər hansı qaydada dayandırıla bilər?

22 Sentyabr 2021 10:33
0 Şərh     Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda məktəblərdə dərslərin hansı qaydada dayandırılacağı müəyyən edilib.

Milli.Az bildirir ki, bu barədə məsələ Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nın təsdiq edilməsi barədə" qərara dəyişiklikdə öz əksini tapıb.

Qaydalara əlavə edilən yeni bənddə qeyd edilir ki, təhsil müəssisəsinin ayrı-ayrı siniflərində (qruplarında) əyani formada aparılan tədris və təlim-tərbiyə prosesinin dayandırılması və ya yenidən bərpası barədə qərar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla həmin təhsil müəssisəsi tərəfindən qəbul edilir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.