Ölkə

Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq

21 Sentyabr 2021 11:51
0 Şərh     Baxış: 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni tədris ilində I-XI siniflərdə ilk dərs "Qarabağ Azərbaycandır!" mövzusuna həsr olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov məlumat verib.

Qeyd edə ki, sabah - sentyabrın 22-də Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır. Digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanacaq.

Orta ixtisas, peşə təhsili müəssisələri və universitetlərdə də tədris sentyabrın 29-dan əyani olaraq (bəzi istisnalar olmaqla) həyata keçiriləcək. Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə 1 589 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Ümumtəhsil məktəblərinin I sinfində 158 608, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird təhsil alacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.