Ölkə

Bakıda piyada keçidlərinin tikintisi niyə yarımçıq qalıb? - VİDEO

20 Sentyabr 2021 13:16
0 Şərh     Baxış: 633
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın müxtəlif yerlərində yerüstü piyada keçidlərinin inşası illərdir ki, yekunlaşmır. Bu hal isə həmin ərazilərdən istifadə edən piyadalar üçün təhlükə yaradır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, keçidlərdən birinin sadəcə bünövrəsi qoyulub, digəri isə təhvil verilmir.

Məsələn, paytaxtın 8 noyabr prospekti və Koroğlu Rəhimov küçəsində belə vəziyyət yaşanır. Ərazidə piyada keçidində işlər yekunlaşmadığı üçün insanlar sürətlə şütüyən maşınların arasından həyatlarını təhlükəyə ataraq yolu keçirlər.

Piyadaların avtomobil yolundan nizamsız keçməsi sürücülərin də işini çətinləşdir. Belə olan halda isə qəzalar qaçılmaz olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə münasibət bildirib. Qeyd olunub ki, piyada keçidlərində tikintinin yarımçıq qalmasının səbəbi büdcə ilə bağlıdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.