Ölkə

Polad Həşimov küçəsinin sakinləri ərazidə gedən abadlıq işlərindən narazıdır - VİDEO

20 Sentyabr 2021 12:52
0 Şərh     Baxış: 1 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyan küçənin sakinləri bu ərazidə gedən abadlıq işlərindən narazıdır. Çünki əsas yolda gedən təmir işləri ara küçələrə şamil edilməyib. Bəzi yerlərdə isə kanalizasiya qapağı qoyulmayıb. 

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Qəhrəman, Tovuz döyüşlərində öz şücaəti ilə yaddaşlarda iz buraxan şəhid Polad Həşimovun adının əbədiləşdirildiyi keçmiş Naximov küçəsinin sakinləri ərazidə gedən abadlıq işlərindən şikayətçidir.

Əsas yolda gedən təmir işləri ara küçələrə şamil edilməyib. Bəzi yerlərdə binaların həyətləri asfaltlanmayıb, bəzi yerlərdə kanalizasiya qapağı qoyulmayıb.

Küçənin asfaltlanan hissəsi digər yerlərə nisbətən daha yuxarıda olduğuna görə sakinlər həm də yağıntıların evlərinə dolacağından narahatdırlar.

Qeyd edək ki, bu ərazidə yaşayanların böyük əksəriyyəti hərbçilər olduğundan sakinlər burada heç bir problemin olmasını istəmirlər.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən ərazidə təmir-bərpa işləri hələ yekunlaşmayıb. Həftənin ilk iş günündə məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat veriləcək.

Avtomobil Yolları Dövlət Agentliyindən də "Xəzər Xəbər"ə təsdiqlədilər ki, Polad Həşimov küçəsinin özü tamalilə asfaltlanıb. Yalnız həmin yola birləşən məhəlləarası yollarda asfaltlanma işi yarımçıq qalıb ki, bu ilin sonuna qədər həmin yerlər də təmir ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.