Ölkə

Bakıda səhər saatlarında bu yollarda sıxlıq yaranıb - SİYAHI

16 Sentyabr 2021 09:36
1 Şərh     Baxış: 882
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakı Nəqliyyat Agentliyi paytaxt yollarındakı vəziyyəti açıqlayıb.

Agentlikdən Milli.Az-a verilən məlumata görə, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsində tunelin içi və kənar yolda hər iki istiqamətdə, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə sıxlıq müşahidə edilir.

Bununla yanaşı, Bakı-Sumqayıt şosesində - şəhər istiqamətində, Tbilisi prospektində - şəhər istiqamətində və Heydər Əliyev prospektində - orta və kənar yolda Atletlər kəndinin qarşısından Bağırov körpüsü istiqamətində sıxlıq var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.