“Onu döyəndən sonra 800 manatı cırıb atdım” - Alim Qasımovun kürəkəni
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Alim Qasımovun həbs edilən kürəkəni Elnur Mövlamovun soyğunçuluq əməlləri ilə bağlı bir sıra detallar məlum olub.
Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə azadlıqdan məhrum edilən E.Mövlamovun cinayət əməlindən zərərçəkmişlərdən biri də onun həyat yoldaşı Fərqanə Qasımovanın prodüseri Rəşadət Fərzəliyev olub.
Rəşadət Fərzəliyev Fərqanə Qasımova ilə bir müddət işbirliyi edib. Daha sonra aralarında maliyyə məsələlərinə görə problem yaranıb və Fərqanə əməkdaşlığa son qoyub. Qasımovanın əri məsələni aydınlaşdırmaq üçün prodüserin iş yerinə gedib.
Bu zaman aralarında mübahisə yaranıb və Elnur Rəşadəti döyərək pulunu alıb. O, studiyadan çıxarkən Rəşadətə məxsus 1850 manat pul, musiqi alətləri və texnikaları götürüb. Elnur Mövlamov isə istintaqa ifadəsində bildirib ki, Rəşadəti həyat yoldaşı Fərqanəyə mesaj yazaraq narahat etdiyi üçün döyüb:
"Fərqanə Rəşadətlə işləmək istəmədiyindən ondan "Youtube" kanalının şifrəsini istəyirdi. Amma Rəşadət şifrəni verməkdən imtina edirdi. Bundan sonra Rəşadət Fərqanəyə mesaj yazaraq onu narahat etməyə başlayıb. Rəşadət isə Fərqanə ilə işbirliyini bitirməyəcəyini deyib. Fərqanə Rəşadətin bir neçə aydır onu narahat etdiyini dedi.
O, həm də Rəşadətin ona məxsus olan "Youtube" kanalının şifrəsini və hard diskləri vermədiyini, onları Rəşadətdən götürməyimi xahiş etdi. Rəşadətin iş yerinə gedəndə mənə dedi ki, Alim Qasımov və Fərqanə Qasımovanın ona 1950 manat borcu var. Daha sonra Rəşadətdən Fərqanəni niyə narahat etdiyini soruşdum. Cavab verə bilmədi, onu döyməyə başladım. Sonra siyirmələrdən və prodüserin cibindən 1850 manat pul götürdüm. Pulun 800 manatını cırdım, qalanını studiyadan çıxdıqdan sonra atdım".
Zərərçəkmiş R.Fərzəliyev isə ifadəsində bildirib ki, 2019-cu ildən F.Qasımova ilə əməkdaşlıq edib. O, xanəndənin onlayn musiqi platformalarından gələn gəlirlərinin 50 faizinə ortaq olub: "Fərqanə xanıma gördüyüm işlərin müqabilində mənə 1950 manat borcu yaranmışdı. Buna görə də "Youtube", "Apple music", "Spotify", "Facebook" səhifələrinin şifrəsini vermirdim. Pulumu tələb etsəm də, Fərqanə zənglərə cavab vermədi. Bunu Elnur studiyaya gələndə ona da dedim. Daha sonra Elnur niyə Fərqanəni narahat etdiyimi deyərək nalayiq sözlər işlətdi. Məni təpik-yumruqla döyməyə başladı. Qorxduğum üçün "Youtube" şifrəsini verdim".
Prodüserin sözlərinə görə, Elnur onu Fərqanədən üzr istətdirərək videoya da çəkib. Daha sonra götürdüyü pulu qaytarmayacağını bildirib: "Pulun bir hisəəsinin cırıb yerə atdı. Elnur qalan pulu saydıqda 1050 manat olduğunu görüb həmin pulları göstərərək "bu da bizim yeyib-içmək pulumuz" deyib cibinə qoydu".
Məhkəmə materiallarından əldə etdiyimiz məlumata görə, E.Mövlamov 2004-cü ildən sakitləşdirici təsir məqsədilə narkotik vasitələr istifadə edib.
Qeyd edək ki, E.Mövlamov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq) və 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədilən soyğunçuluq) maddələri ilə təqsirli bilinərək 9 il müddətə azadlıqdan məhrum edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
XƏBƏR LENTİ
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
-
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
-
Xalq artistinin iş yeri bəlli oldu





