General Mövlan Şıxalıyev 14 milyon manat rüşvət alıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digər vəzifəli şəxsləri tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı Baş Prokurorluqda olan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Baş Prokurorluqdan Milli.Az-a verilən məlumata görə, MTN-nin Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov tərəfindən qanunsuz əməllərə yol verilməsi faktları ilə bağlı başlanmış cinayət işindən Mövlam Şixəliyevin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində külli miqdarda özgənin pul və əmlakını hədə-qorxu ilə tələb etmə, külli miqdarda rüşvət alma və sair cinayətlərinə görə ayrıca icraat ayrılıb.
İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Evliliyin sonunu toy günündəcə xəbər verən 8 əlamət
-
Uşaqlı evdə qırmızı dəsmal niyə vacibdir?
-
Türkan Şoray bacıları ilə - (Foto)
-
Ağ yoxsa qəhvəyi yumurta? Hansı daha sağlamdır?
-
Kayli serialda baş rolu canlandıracaq
-
Məktəblinin öldürüldüyü dava sentyabrın 24-dən başlayıbmış - təfərrüat - (video)
-
Günün qoroskopu: İçinizdəki dahi üzə çıxmağa çalışır
-
Suriyadan 13 nəfər Azərbaycana repatriasiya edilib
-
Kənd toyuğu bahalaşdı - (Video)
-
Kriştiano Ronaldo sükutu pozdu
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Futbol dünyasının sərvəti: Ən çox qazanan 10 futbolçu
-
Elgün Rəsulova vəzifə verildi
-
"Günəşin doğduğu yer" serialındakı pul səhnəsi birmənalı qarşılanmadı - (Video)
-
"Mançester Siti"nin apellyasiya şikayətinə ikinci ağır zərbə
-
Aygün Kazımova evindən video paylaşdı
-
"Real Madrid"in 2027 yayı üçün əsas transfer hədəfləri bəlli olub
-
Qazaxda öldürülən gənc hərbi xidmətdən yeni qayıdıbmış
-
Tacir Şahmalıoğlu xəstəliyini açıqladı - (Video)
-
Yeni dərman istehsalı qiymətlərin ucuzlaşmasına səbəb olacaq? - Ekspert açıqladı
-
“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib - (Foto)
-
EIA 2027-ci ildə Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
-
Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb
-
Transxəzər nəqliyyat dəhlizi səyahət müddətini 66 faizə qədər azalda bilər





