Qəbələdə istirahət mərkəzinin fəaliyyəti dayandırılıb - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Milli.Az Trend-ə istinadən bildirir ki, Nazirlikdən verilən məlumata görə, bu məqsədlə, Xidmət tərəfindən Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində yerləşən istirahət mərkəzində aparılan plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində insan həyat və sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaradan çoxsaylı nöqsanların mövcud olduğu aşkar edilib. Belə ki,
- obyektin istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb;
- odadavamlılığın artırılması üçün tikililərin taxta konstruksiyaları odadavamlı məhlulla hopdurulmayıb;
- tələb olunan sahələrdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- obyekt normativ sənədlərin tələblərinə uyğun olaraq odsöndürənlərlə təchiz edilməyib;
- elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb, elektrik işlədicilərinin yanğın təhlükəli vəziyyətdə istismarına yol verilib.
Beləliklə, mövcud vəziyyət, o cümlədən obyektdə ilkin yanğınsöndürmə vasitələrinin olmaması baş verə biləcək yanğın zamanı vəziyyətə operativ müdaxilənin mümkünsüz olacağını, bununla da yanğının qısa zamanda geniş sahəyə yayılmaqla faciəni qaçılmaz edəcəyini deməyə əsas verir.
Göstərilən nöqsanlar nəzərə alınmaqla, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, "Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu"nun 25-ci maddəsinin 9-cu bəndini, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu"nun 28-ci maddəsini və "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti haqqında Əsasnamə"nin 9.7-ci bəndininin tələblərini rəhbər tutaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilmiş Qəbələ rayonu, Qəmərvan kəndi ərazisində fəaliyyət göstərən istirahət mərkəzində işlərin görülməsinin və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sabah Balaxanıda qaz olmayacaq
-
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
-
Hövsanda xəsarətlə nəticələnən qəzanın anbaan (Videosu)
-
Mənimsəmə işində maraqlı hökm: Sabiq rəis cərimələndi, mühasib həbs edildi
-
Ramiz İdrisoğlu yeni vəzifəyə təyin olundu
-
Antalyada gözəlləşmək istəyən qadını görün nə günə saldılar - (Foto)
XƏBƏR LENTİ
-
Sabah Balaxanıda qaz olmayacaq
-
Serj Sarkisyanın 1,7 milyon dollarlıq əmlakı müsadirə edilib
-
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib (Foto)
-
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
-
Hövsanda xəsarətlə nəticələnən qəzanın anbaan (Videosu)
-
Mənimsəmə işində maraqlı hökm: Sabiq rəis cərimələndi, mühasib həbs edildi
-
İlham Əliyev ARDNF-in ötənilki büdcəsinin icrasını təsdiq edib
-
Ramiz İdrisoğlu yeni vəzifəyə təyin olundu
-
Antalyada gözəlləşmək istəyən qadını görün nə günə saldılar - (Foto)
-
Azərbaycanda at əti niyə geniş yayılmayıb?
-
"Neftçi" yarımmüdafiəçisini göndərdi
-
Bakıda bələdiyyə sədri bıçaqlandı - Tutulan var
-
Fatimə: "Mənə əsəb həkimi lazımdır, gərgin vəziyyətdəyəm"
-
Səbuhi Rəcəbə hökm oxundu - Dünya çempionu azadlıqda qaldı
-
Bakı-Naxçıvan reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb
-
Tanınmış futbolçu, əməkdar məşqçimiz vəfat etdi - (Foto)
-
Arzum bu halda azadlığa çıxa bilər
-
Mbappenin üzünə nə olub? - İzlər müzakirə yaratdı - (Foto)
-
Dövlət qurumunun 32 yaşlı əməkdaşı öldü - (Foto)
-
Xanəndə Pərviz dünya çempionu oldu - (Foto)
-
Shahin Novrasli Festival 2026 ədəbi müsabiqəsinin qalibləri mükafatlandırılıb – (Foto)
-
Bakıda küləklə bağlı sarı xəbərdarlıq edildi
-
Şıx çimərliyində dənizə nə tökülür? - Rəsmi açıqlama - (Video)
-
“Məni axtar darıxanda” – İlqar Fəhminin yaradıcılıq gecəsi keçirilib – (Foto)





