Sumqayıt Məhkəmə Kompleksində 6 məhkəmə fəaliyyət göstərəcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sumqayıt Məhkəmə Kompleksində 6 məhkəmənin fəaliyyət göstərməsi nəzərdə tutulur.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Sumqayıt Məhkəmə Kompleksində jurnalistlərin, vəkillərin, ictimaiyyət nümayəndələrinin, millət vəkillərin, hüquqşünas alimlərin iştirakı ilə keçirilən tanışlıq zamanı Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət Baş İdarəsinin rəis müavini Sübhi Kazımov deyib.
S.Kazımov qeyd edib ki, kompleksə Sumqayıt Apellyasiya Məhkəməsi, Sumqayıt Şəhər Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt Kommersiya Məhkəməsi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi və hələ ki, müvəqqəti olaraq Qubadlı Rayon Məhkəməsi daxildir:
"İnşallah Qubadlıya qayıdışdan sonra Qubadlı Rayon Məhkəməsi Qubadlı rayonunda fəaliyyət göstərək. Bina müasir üslubda inşa olunub. Ən müasir kommunikasiyalar quraşdırılıb. Audio-video yazılışlarının aparılması, məhkəmə proseslərinin müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Binada 50-yə yaxın hakim, 240-a yaxın məhkəmə aparatı əməkdaşı çalışacaq".
S.Kazımov bildirib ki, Sumqayıt Məhkəmə Kompleksi Azərbaycan hökumətinin və Dünya Bankının birgə layihəsi çərçivəsində inşa edilib:
"Vətəndaşlar binaya daxil olduqdan sonra müasir informasiya və kommunikasiya texnologiyalarının nailiyyətlərindən istifadə etməklə elektron növbə götürə, proseslərin hansı zallarda aparıldığını, işin hansı hakimin icrasında olduğunu öyrənəcək, sənədlərin qəbulu həyata keçiriləcək. Bina inzibati və ictimai zona olmaqla iki yerə bölünür. İnzibati zonada hakimlər və məhkəmə aparatı işçiləri çalışır, ictimai zonada isə vətəndaşlar sənədlərini təqdim edə, birqapı əsasında zəruri informasiyalar ala və məhkəmə zallarına daxil ola bilərlər. Vəkillər, cinayət işlərində ittihamçı prokurorlar üçün otaqlar da ictimai zonadadır. İnzibati zonaya isə vətəndaşların daxil olması qadağandır. Bir qapı prinsipi odur ki, Sumqayıtda sakinlərinin məhkəmə ilə bağlı ünvanı bir olacaq".
Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev kompleksin açılışını edib. Bu, Azərbaycanda sayca 4-cü belə məhkəmə kompleksidir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
XƏBƏR LENTİ
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir





