Ölkə

Naməlum qəbirlər açılır - VİDEO

7 Sentyabr 2021 13:06
0 Şərh     Baxış: 1 610
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəhidlər Xiyabanındakı həmin qəbirlərin sahibləri müəyyənləşdiriləcək

Milli.Az Real TV-yə istinadən bildirir ki, Bakıda Şəhidlər Xiyabanında naməlum qəbirlərin açılmasına başlanılıb.

Məqsəd naməlum qəbirlərin sahiblərinin müəyyənləşdirilməsidir. Həmin məzarların Birinci Qarabağ müharibəsi şəhidlərinə aid olduğunu söyləyib.

Bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər Xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər Xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına dair 03 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.

Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyəti ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.