Ölkə

Küçəyə atılan körpə ilə bağlı rəsmi məlumat - YENİLƏNİB - FOTOlar

31 Avqust 2021 13:01
3 Şərh     Baxış: 3 354
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

13:01

Gəncə şəhərində bu gün səhər saatlarında küçəyə atılmış körpənin vəziyyəti normaldır. 

Bu barədə Milli.Az-a Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasının baş həkimi Hafiz Abdullayev məlumat verib. O bildirib ki, uşaq xəstəxanada müayinə olunub və vəziyyəti yaxşıdır, hər hansı problemi yoxdur. Baş həkim həmçinin bildirib ki, müayinə əsasında çəkisinə görə körpənin 5 aylıq olduğu ehtimal olunur.

DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov isə açıqlamasında bildirib ki, körpənin valideynlərinin tapılması istiqamətində Gəncə ŞBPİ-də müvafiq araşdırmalar başlanıb.

------------

09:39

Gəncədə küçədə çantanın içində 3-4 aylıq qız uşağı tapılıb.

Milli.Az bildirir ki, hadisə şəhərin 18 nömrəli məktəbinin yanında qeydə alınıb. Uşaq 2 saylı uşaq xəstəxanasına verilib.

Hazırda onun vəziyyətinin normal olduğu bildirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.