Ölkə

Ağdaşda 22 yaşlı qadın özünü asıb

28 Avqust 2021 13:39
0 Şərh     Baxış: 1 168
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün rayonun Davudlu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Yarməmmədova Solmaz Fəzail qızı yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Solmaz Yarməmədovanın özünə qəsd etməsinin səbəbi hələ ki bilinmir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.