Ölkə

Binəqədidə kran aşıb, sürücü ölüb

26 Avqust 2021 17:18
0 Şərh     Baxış: 952
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Avqustun 25-də Ülfət Şəmiyevin stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan Milli.Az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Ülfət Şəmiyev Binəqədi şosesində yerləşən "VS Enerji Servis" MMC-nin sifarişi əsasında idarə etdiyi 99-MU-989 dövlət qeydiyyat nişanlı avtokranı və 99-ZB-989 dövlət qeydiyyat nişanlı qoşqunu idarə etdiyi zaman avtomaşın ətalətini itirməklə qoşqunun üzərinə aşıb və avtomaşınla qoşqunun arasında qalıb sıxılmaqla ölüb.

Hazırda fakt üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.