Ölkə

Füzulidən Kölnə aviareys - VİDEO

25 Avqust 2021 18:06
0 Şərh     Baxış: 1 613
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyada yaşayan soydaşlarımız REAL TV-yə müraciət edib

Almaniyanın Köln şəhərində yaşayan azərbaycanlılar həmin şəhərdən Füzuliyə aviareyslerin təşkil olunmasını istəyirlər. Bunu yeni açılan Füzuli hava limanı üzərindən reallaşdırmaq arzusundadırlar.

Bu barədə REAL-a Almaniya-Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmli müraciət edib.

Bildirib ki, təmsil etdiyi qurum Qərbi Avropada ən böyük Azərbaycan icmasıdır, həmçinin Köln və ətraf şəhərlərdə təxminən 20 min soydaşımız yaşayır.

Almaniya-Azərbaycan Mədəniyyət Evinin sədri, diaspora fəallarından olan Altay Rüstəmli bildirib ki, Füzuli-Köln-Füzuli aviareyslerin təşkil olunması gerçəkləşərsə, bu, müxtəlif istiqamətlərdə Azərbaycan üçün əhəmiyyətli olar.

Bildirildi ki, bununla bağlı Azərbaycan Hava yollarına yazılı şəkildə müraciət ediblər.

REAL Televiziyası AZAL-la əlaqə saxlayıb. Qurumun İctimaiyyələ Əlaqlər şöbəsindən məsələ ilə bağlı sorğu kanalın göndərmələrini istədilər.

Bildirildi ki, müraciətə sorğu ətrafında cavab veriləcək. Odur ki, nəticəni gözləyək və mövzunu diqqətdə saxlayacağıq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.