Ölkə

Bakıda əfqan miqrantlar aksiya keçirməyə cəhd edib - RƏSMİ

23 Avqust 2021 15:57
3 Şərh     Baxış: 1 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakının Qış parkında Əfqanıstandan Azərbaycana gələn miqrantlar aksiya keçirməyə cəhd ediblər.

Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, əraziyə polis əməkdaşları cəlb olunub və icazəsiz aksiya keçirmək istəyənlər ərazidən uzaqlaşdırılıb.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb.

"Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər.

Əraziyə polis əməkdaşları cəlb olunub və aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb", - deyə məlumatda bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.