Ölkə

11 yaşlı uşağı anasının tanışı döyərək öldürüb - Rəsmi

23 Avqust 2021 15:06
6 Şərh     Baxış: 2 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Goranboy rayon prokurorluğu 11 yaşlı uşağın qətli ilə bağlı məlumat yayıb. 

Milli.Az bildirir ki, azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb. 

İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülüb, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb. 

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.