Ölkə

Kabil aeroportunda halı pisləşən uşağın valideynlərindən Azərbaycan sülhməramlılarına təşəkkür - VİDEO

21 Avqust 2021 16:02
0 Şərh     Baxış: 2 173
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfqanıstanın Kabil aeroportunda halı pisləşən uşağın valideynləri övladlarına kömək edən Azərbaycan sülhməramlılarına təşəkkür ünvanlayıblar.

Bununla bağlı "Caliber"in "Telegram" kanalında video yerləşdirilib.

Belə ki, insanların sıx olduğu yerdə, aeroporta girişdə Türkiyə vətəndaşlarının uşaqlarının halı pisləşib. Onlar kömək üçün bizim sülhməramlılara müraciət ediblər. 

Sözügedən videoda qardaş ölkənin vətəndaşları göstərdikləri köməyə görə Azərbaycan sülhməramlılarına minnətdarlıqlarını bildirirlər.

Qeyd edək ki, Əfqanıstanda NATO qüvvələrinin tərkibində xidmət edən azərbaycanlı sülhməramlıların insan izdihamının içindən uşaqlara yardım görüntüləri yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.