“Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq“ - Hacı Surxaydan şok
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avqustun 10-u Məhərrəm ayı başlayıb. Əvvəllər Məhərrəm ayında insanlar adi şənlikləri, ad günlərini belə keçirmirdilər. İndi isə toyların ardı-arası kəsilmir.
Bunun səbəbi təxminən bəllidir. Əhali karantin rejiminin yenidən sərtləşdiriləcəyindən ehtiyatlandığı toy mərasimlərinin keçirilməsinə əvvəlki illərdə olduğu qədər soyuq yanaşmır.
Bəs din xadimləri bu barədə nə düşünürlər? Məhərrəmlikdə toy etmək olarmı?
Milli.Az bildirir ki, tanınmış din xadimi, İçərişəhər "Cümə" məscidinin axundu Hacı Surxay mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, Məhərrəm ayında sevinməyin belə haram olduğunu vurğulayıb:
"Klassik janr ədəbiyatında Məhəmməd Füzulinin bir beyti var. Deyir ki, "Mahi Məhərrəm oldu, məqsədimiz haramdır". Məhərrəm ayı gəldiysə, sevinmək belə haramdır. Nəyə görə haramdır? Bəzi insanlar deyir ki, bir ərəb ölüb ona görə yas saxlayırıq. Bu yalnış bir düşüncə və savadsızlığın əlamətidir. İmam Hüseyn peyğəmbər nəvəsidir, o, haqq və ədalət, qardaşlıq uğrunda şəhid olub. Şəhid hansı ölkənin, haranın şəhididir deyə bir anlam yoxdur. Şəhidliyin bir adı var, Quranda şəhidliyin necə əzəmətli olması haqqında danışılır. İmam Hüseyn bütün mənsəblərin ortaq dəyəridir. İmam Hüseyn ərəb və əcəm deyil. Şəhidliyin simvolik nümunəsidir.
Şəhidlərə yas saxlamaq bizim inancımızdan irəli gəlir. Bəzi insanlar deyir ki, şəhidlər üçün ağlamaq olmaz. Əgər bir insan torpağa tapşırılırsa onun üçün necə ağlamamaq olar? Məhəmməd peyğəmbər oğlu İbrahim öləndə ağladı. Dedilər Ya Rəsulallah niyə ağlayırsan? Dedi "ciyərimin bir parçasını torpağa basdırdılar".
Bu səbəblərdən Məhərrəm ayında toy etmək icazəli deyil. Bu şəhidlərə qarşı hörmətsizlik, Peyğəmbərin ailəsinə qarşı bir təhqirdir. Bir xalqı xalq edən onun milli və mənəvi dəyərləridir. Məhərrəm ayı Azərbaycan xalqının əsrlər boyu ruhundan süzülüb gəlib. XIV əsrdən bəri Azərbaycanın qan yaddaşına yazılıb. İmam Hüseyn İslam aləmində insanlığın kamil nümunəsidir".
Müsahibimiz Məhərrəm ayında evlənənlərin xoşbəxt olub-olmayacağıyla bağlı iddialara münasibət bildirib:
"Məhərrəmlikdə sevinmək nə qədər icazəli deyilsə, toy etməkdə o qədər icazəli deyil. Biz övladlarımızı böyüdürük, gələcək nəsillərin inkşafı üçün onları evləndirib, xeyr dua veririk. Toy vaxtını isə 3-4 ay öncədən təyin edirik ki, əlamətdar gün olmasın. Yəni şəhidlik, torpaqlarımız işğal altında olan zaman işğal günlərində toy keçirilmirdi. Bu bizim inancımızdır, heç vaxt unutmamalıyıq.
Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir.
İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar".
Mill.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Tez-tez kolbasa yemək xərçəng riskini artırır
-
Tərəvəzləri sirkəli suda saxlayanların nəzərinə!
-
Təzə balığı necə seçmək olar?
-
Qarpızı hansı aylara qədər yemək məsləhətdir?
-
Limon otu xəstəliklərlə mübarizədə yeni ümid ola bilər
-
Yuxunu qaçıran qidalar: Gecələr bunları yemək məsləhət görülmür
-
Bu göyərti yüksək təzyiqin qarşısını alır
-
Niyə bəzi yumurtalar asan soyulmur? - Heç kim bunun səbəbini bilmirdi
-
Avqustda 4 bürcə pul gələcək
-
Haluk Leventə aid olan "Ahbap" xeyriyyə fondu üçün xarici idarəetmə təyin edilib
-
“Alnım açıq, başım dik” - Sıladan açıqlama
-
Məşhur repçiyə qarşı sui-qəsd planı: 7 nəfər həbs edildi
-
Karyerasında uğur qazanacaq bürclər
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Mbappe Fransa millisinin kapitanı olaraq qalacaq
-
Türkiyə sadiq müttəfiqimizdir, bu ölkəyə heç kim "F-35" tədarük etməyə mane ola bilməz - Tramp
-
Yenidən eyni layihədə rol alacaqlar
-
ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü
-
Daşkəsəndə “Niva” aşdı - Xəsarət alan var
-
Azərbaycanın səhiyyə xidmətlərinin keyfiyyəti və pasiyent təhlükəsizliyi sahəsində təcrübəsi beynəlxalq mükafata layiq görülüb - (Foto)
-
Mahsun Kırmızıgül “Ahbap”la bağlı dindirildi
-
Rusiyada toyda dəhşət: Bəyi ürəyindən vurdular
-
Masallıda faciə: Çaya tullanan gənc yaralanıb öldü
-
Bayılda meyit tapıldı





