Ölkə

Karantin qaydalarını pozan toy təşkilatçıları cərimələndi - VİDEO

17 İyul 2021 18:36
0 Şərh     Baxış: 1 117
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron və Zərdabda karantin qaydalarını pozan restoranlar müəyyən edilib.

Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən "Tri palma" restoranında pandemiya tələblərinin pozulduğu müəyyən edilib. Araşdırma zamanı toy məclisinin "icazə.e-gov.az" portalında qeydiyyatdan keçmədiyi, toy məclisi zamanı qonaqların müəyyən edilən saydan çox olduğu aşkarlanıb.
Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər Elşən Əliyev və İlqar Muradov barəsində qanuna müvafiq tədbirlər görülüb və onlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilib.

Zərdab Rayon Polis Şöbəsi də Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının birgə keçirdikləri yoxlamalar zamanı rayon ərazisində yerləşən "Kür" restoranında keçirilən toy məclisində müəyyən edilmiş saydan artıq şəxsin,yəni 260 nəfərin toplaşdığı aşkar edilib.

Aşkarlanan qayda pozuntusu ilə əlaqədar məclisin təşkilatçısı Elmir Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib və o 4000 manat məbləğində cərimələnib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.