Ölkə

Bakıda 15 yaşlı oğlan doqquz gündür itkin düşüb - FOTO

16 İyul 2021 15:39
0 Şərh     Baxış: 3 077
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində 15 yaşlı Xəlilov Şərif Hikmət oğlu iyulun 7-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Milli.Az xəbər verir ki, "Qafqazinfo"ya müraciət edən yeniyetmənin atası Hikmət Xəlilov bildirib ki, Şərif imtahanlar yaxınlaşan ərəfədə itkin düşüb: "Mən ona dedim ki, artıq hazırlığa getməlisən. Müəllimlə də danışmışam. O da razılaşdı. Heç bir problem olmadığını bildirdi. Dostlarından da soruşmuşuq onların da Şərifdən xəbərləri yoxdur.

Axtarış zamanı kamera görüntüləri vasitəsilə onun Qobustan qəsəbəsinə getdiyini öyrəndik. Orada bir nəfərlə də görüşüb, həmin adamı tapıb danışdıq. O, dedi ki, Şərif məscidin yolunu soruşub. Məscidə gedəndə kameraya baxmağa icazə vermədilər. Bizə də dedilər ki, bura elə bir şəxs gəlməyib. Bununla bağlı Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə ərizə ilə müraciət etmişik. Heç bir xəbər yoxdur".

Hikmət Xəlilov oğlunun heç bir psixoloji problemi və ailə daxili gərginliyin olmadığını bildirib. 

Xatırladaq ki, Şərif evdən çıxarkən əynində mavi rəngli köynək, qara şalvar və ağ rəngli idman ayaqqabısı olub. Uşağı görənlərdən +994 55 660 72 00 nömrəsi vasitəsi ilə atasına məlumat vermələri xahiş olunur.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.