Ölkə

Şuşa Dövlət Qoruğu İdarəsinin rəhbəri kimdir?

16 İyul 2021 12:51
0 Şərh     Baxış: 2 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Məftun Qurban oğlu Abbasov Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib.

Milli.Az xəbər verir ki, Məftun Abbasov 2009-cu ildə Azərbaycan Respublikası Mərkəzi Bankının auditoru kimi çalışıb və daha sonra "Procter&Gamble" şirkətində Daxili audit departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

O, 2012-ci ildən etibarən Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, Mühüm işlər üzrə əməliyyatçı vəzifəsini icra edib və 2016-cı ildən etibarən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Daxili audit və nəzarət departamentinin rəhbəri, daha sonra Baş direktorun müavini kimi fəaliyyət göstərib. Son təyinatına qədər isə Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəliyində işləyib.

Bakı Dövlət Universitetinin Hüquq fakultəsinin məzunu olan Məftun Abbasov Virginia Beynəlxalq Universitetində MBA üzrə, Strayer Universitetində isə Mühasibatlıq üzrə magistr dərəcəsinə yiyələnib. Daha sonra Vyanada yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasında magistr dərəcəsi alıb və hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyasında İqtisadiyyat üzrə elmi işini davam etdirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.