Ölkə

32 yaşlı Göyçay sakini itkin düşüb

14 İyul 2021 19:48
0 Şərh     Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Göyçay rayonu Bəydövül kənd sakini 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu  iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır. Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in "102" Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.