Ölkə

Azərbaycanda da aşkarlanan “Delta” ştammının əlamətləri nələrdir?

13 İyul 2021 18:46
0 Şərh     Baxış: 3 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ölkə xaricindən Azərbaycana gəlmiş şəxslərdən götürülmüş nümunələrin 31-də koronavirusun  B.1.617 (Delta) variant aşkarlanıb.

Milli.Az qafqazinfo-ya istinadən Hindistanda meydana gələn və sürətlə digər ölkələrə yayılan ştammın əlamətlərini təqdim edir:

Araşdırmalara görə, "Delta" variantına yoluxmuş şəxslərdə adətən ilk olaraq mədə-bağırsaq traktı pozulur. Bu ştamma yoluxmuş pasiyentlər adətən, ishal və qarın ağrısından şikayətlənir. Qeyd edilən simptomlar, eyni zamanda baş ağrısı, öskürək, halsızlıq və əzələ ağrısı ilə paralel özünü göstərə bilir. Qusma və hərarətin yüksəlməsi də Delta variantının simptomları arasındadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, peyvənd olunanlar bu ştamma yoluxarsa, xəstəliyi yüngül keçirir. Bundan başqa, vaksin vurulanların "Delta" ştammı ilə xəstəxanaya yerləşdirilmə faizinin çox aşağı olduğu qeyd edilir. Üstəlik, peyvənd olunanların əksəriyyəti xəstəliyi asimptomatik keçirir.

Qeyd edək ki, "Delta" ştammı ilk dəfə ötən ilin oktyabrında Hindistanda aşkarlanıb. Ştammın "Delta Plus" variantının daha yoluxucu olduğu müəyyən edilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.