Hərarəti yüksək olan 4 şagird imtahana buraxılmayıb, 1 nəfər isə xaric edilib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, üz sipəri, tibbi maska və s.) təmin olunub.
İmtahanlar 15 şəhər və rayonda keçirilib.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 96 imtahan binası, 1638 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 96 ümumi imtahan rəhbəri, 271 imtahan rəhbəri, 2048 nəzarətçi-müəllim, 192 buraxılışı rejimi əməkdaşı (mühafizə), 96 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 21423 şagirdin iştirakı gözlənilirdi.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə - lazımi sosial məsafəni gözləməklə təşkil edilməsinə nail olunub.
İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İlkin məlumatlara əsasən 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.
1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.
İmtahan nəticələrinin yaxın 1 həftə ərzində elan olunması nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
XƏBƏR LENTİ
-
Ətçəkənin bıçaqlarını itiləməyin sadə üsulu
-
Mundial başlayar-başlamaz istefaya göndərildi
-
"Kızılcık şerbeti"nin məşhur aktrisası vəfat etdi - FOTO
-
"100 min dollarlıq qolbağı itirdim, stresdən tanınmaz hala düşdüm"
-
Gəncədə sərnişin avtobusu avtomobilə çırpılıb, 8 nəfər xəsarət alıb
-
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında “Hacı Qara” tamaşasının premyerası keçiriləcək
-
Nazim Sadıxov artıq Bakıda: “Yenidən tarix yazmağa hazıram” - FOTO
-
Vuçiç ilk dəfə Gürcüstanda
-
Tovuzda kanalda meyit tapılıb
-
Ağdamda çobanlar arasında dava qanla bitdi
-
Flora Kərimovanın səhhəti ilə əlaqədar “Bakı gecələri” konserti sentyabr ayına təxirə salındı
-
Sabah Məhərrəm ayı başlayır
-
Zaqatalada ağır qəza: Bir nəfər öldü
-
Həftəsonu 83 axtarışda olan şəxs saxlanılıb
-
Müdafiə naziri Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
-
Hakan Fidan Rusiyaya səfər edəcək
-
Bakıda narkokuryer saxlanıldı
-
Azərbaycan vasitəsilə Ermənistana buğda göndərildi - YENİLƏNİB
-
Sumqayıtda oğurluq edən qadın saxlanıldı
-
Efiopiyada ağır qəza: 28 nəfər öldü
-
16 ölkədə yüzlərlə yeni meymunçiçəyi halı aşkarlandı
-
Bacısını qətlə yetirən şəxs cəzadan azad edildi
-
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi
-
Dövlət Məşğulluq Agentliyi fəaliyyət göstəricilərini açıqladı





