Ölkə

Tanınmış jurnalist ağır qəzaya düşdü: özü və qızı... - FOTO

27 May 2021 13:54
Baxış: 3 202
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Tanınmış jurnalist Nigar Abbasova qəzaya düşüb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində, Su İdman Sarayının qarşısında qeydə alınıb. N. Abbasovanın idarə etdiyi "Hyundai" markalı avtomobil Bibiheybət qəsəbəsindən şəhərin mərkəzinə doğru hərəkətdə olarkən dönmə əməliyyatını düzgün yerinə yetirməyən "Hyundai Santa-fe" markalı maşın qəfildən ona çırpılıb.

Qəza nəticəsində N.Abbasova və avtomobildəki qızı, 12 yaşlı Nərmin xəsarət alıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. 

Jurnalist N.Abbasova Lent.az-a açıqlamasında ölümdən döndüklərini və hazırda həkim müayinəsindən keçdiklərini bildirib.

Faktla bağlı araşdırma aparılır. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.